“3+3” formatında növbəti görüşü Azərbaycanda keçirmək olar”. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirakının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.


“Mən Azərbaycan və Türkiyə tərəfindən irəli sürülmüş formatı qeyd edərdim. Bu, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İranı əhatə edən “3+3” formatıdır. Biz bir neçə dəfə görüşmüşük və hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik. Hesab edirəm ki, görüşü əvvəl Azərbaycanda, növbətini isə İrəvanda keçirə bilərik. Bu, düzgün addım olardı”, - o deyib. 


Lavrov Rusiyanın “3+3” formatını tam dəstəklədiyini qeyd edib.

Baxış sayı: 3 934

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə