Məlum olduğu kimi, İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib.


“ARHD.MEDiA” xəbər verir ki, Media və Yayım Şurası məsələ ilə bağlı açıqlama yayıb.


Bildirilib ki, hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir: “Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilib.


Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”.

Baxış sayı: 3 676

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə