Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.


Nəşr qeyd edir ki, N.Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən kimsəyə xəsarət yetirmək istəmədiyini vurğulayıb.


Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"


O bildirib ki, ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş edib, lakin qadın onun silahından yapışdığı üçün atəş açmağa məcbur qalıb. Bundan əlavə, Azərbaycan hərbçisi yazılı şəkildə qadın və onun ailə üzvlərinin hücumuna məruz qaldığını, bıçaqla zərbələr aldığını və döyüldüyünü bəyan edib.


Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Baxış sayı: 3 040

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə