MDB Dövlət Başçıları Şurasının Türkmənistanda keçirilən iclasından əvvəl birgə fotoçəkiliş zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında maraqlı dialoq yaşanıb.


“ARHD.MEDiA” xəbər verir ki, dövlət bayraqlarının əlifba sırası ilə düzüldüyü çəkiliş meydançasında protokol qaydalarına uyğun olaraq Paşinyan Azərbaycan və Belarus liderlərinin arasında yer alıb.


Bu an Aleksandr Lukaşenko İlham Əliyevə müraciət edərək gülümsəyərək zarafatla deyib:


“O bizdən heç yerə qaça bilməz. İndi ikimizin arasında qalacaqsan”.


Görüntülərdə həm İlham Əliyevin, həm də Nikol Paşinyanın Lukaşenkonun bu səmimi replikasını təbəssümlə qarşıladıqları diqqətdən yayınmayıb.

Baxış sayı: 5 258

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə