Mərkəzi Asiya ölkələri və Azərbaycan birgə istehsal zəncirləri yaradaraq “6 iqtisadiyyat - 1 məhsul” formulunun reallaşdırılmasına çalışmalıdır.


“ARHD.MEDiA” APA-ya istinadən xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.


Onun sözlərinə görə, region ölkələri arasında adi mal mübadiləsi artıq kifayət deyil, bir neçə dövlətin iştirak etdiyi istehsal zəncirləri əsasında ortaq son məhsullar yaradılmalıdır: “Birgə məhsul istehsal edildikdə iqtisadiyyatlarımız arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr formalaşır. “6 iqtisadiyyat - 1 məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədin mahiyyətini yaxşı ifadə edir”.


Özbəkistan Prezidenti bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə 2027-ci ildə “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib.


Şavkat Mirziyoyev həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


O qeyd edib ki, iqtisadi əməkdaşlığın yeni mərhələsində birgə sənaye və texnoloji zəncirlərə, ortaq rəqəmsal xidmətlərə, eləcə də iri layihələrin daha sürətlə həyata keçirilməsinə imkan verən investisiya mexanizmlərinə xüsusi diqqət yetirilməlidir.

Baxış sayı: 4 476

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə