ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax” nəşrinə müsahibəsini paylaşıb.


“ARHD.MEDiA” xəbər verir ki, ABŞ lideri sözügedən müsahibəni özünün “Truth Social” sosial şəbəkə hesabında “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə təqdim edib.


Qeyd edək ki, H.Hacıyev ötən həftə verdiyi həmin müsahibədə D.Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində oynadığı roldan bəhs edib.

 

Baxış sayı: 4 532

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə