Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb.


“ARHD.MEDiA” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.


“Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.


Tərəflər, həmçinin bölgədəki son hadisələri nəzərdən keçirdi və bu barədə fikir mübadiləsi apardılar”, - paylaşımda qeyd edilib.

Baxış sayı: 3 925

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə