“Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.


Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfəri Bakının düşmən qüvvələrindən azad edilməsinin 108-ci ildönümünə təsadüf edir və Hakan Fidanın səfərinin bu günə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır.


C.Bayramov bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5,7 milyard dollar təşkil edib. O qeyd edib ki, 2026-cı ilin ilk 8 ayında bu göstərici 3,2 milyard dollardan çox olub: “Türkiyədən Azərbaycana yatırılan birbaşa investisiyalar 18 milyard dollardan çox, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çox təşkil edir”. Həmçinin işğaldan azad olunan ərazilərdə Türkiyə şirkətlərinin aktiv fəaliyyət göstərdiyini vurğulayan nazir ölkəmizdə ümumilikdə 4000-dən çox Türkiyə şirkətinin çalışdığını bildirib.


Türkiyənin XİN rəhbəri Hakan Fidan isə bildirib ki, ölkələrimiz arasındakı qədim dostluq sayəsində problemlərin öhdəsindən birlikdə gəlirik.


“Bu gün çox detallı müzakirələr apardıq. Azərbaycanla əlaqələrimizin ən önəmli cəhəti iqtisadi əməkdaşlıqdır. Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün qurumlarımız var gücü ilə çalışır”, - H.Fidan bildirib.


Onun sözlərinə görə, Türkiyə Qarabağın işğalı dövründə Azərbaycana öz dəstəyini daim göstərib: “Bu gün də prioritetimiz regionda sülhün, sabitliyin və rifahın daimi bərqərar olmasıdır. Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdəki qurucu mövqeyini məmnunluqla izləyirik. Bu prosesin tamamlanması ilə regionumuzda yeni bir əməkdaşlıq dövrünün başlayacağına da inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülhlə, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla anılmasını arzulayırıq. Türkiyə və Azərbaycan qardaşlığının gücü bu hədəfə çatmaqda açar rol oynamağa davam edəcək”.

Baxış sayı: 3 365

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə