bakı, 18 fevral, arhd.media
iranlı nazir: xəzər regionunun qlobal iqtisadiyyat üçün rolu olduqca əhəmiyyətlidir
xəzər regionunun qlobal iqtisadiyyat üçün rolu və mövqeyi olduqca əhəmiyyətlidir. bunu nəzərə alaraq xəzəryanı dövlətlər faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində tutarlı addımlar atmalıdırlar.
arhd.media xəbər verir ki, bu sözləri iranın sənaye, mədən və ticarət naziri məhəmməd atabak tehranda keçirilən 3-cü xəzər iqtisadi forumunda çıxışı zamanı deyib.
o bildirib ki, xəzər dənizi ilə körfəz arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində iran hökuməti lazım olan addımları atır, logistika mərkəzi yaradır, limanların yükaşırma imkanlarını artırır.
“şərq-qərb” və “şimal-cənub” beynəlxalq nəqliyyat dəhlizləri xəzəryanı dövlətlərin ərazisindən keçir. bu dəhlizlərin səmərəsini və yükdaşıma həcmini artırmaq məqsədi ilə bu ölkələr sadələşdirilmiş rəqəmsal gömrük-keçid proseduru yaratmalı və bu sahədə əməkdaşlığı artırmalıdır. xəzəryanı dövlətlər, eyni zamanda, iqtisadi əməkdaşlıq təşkilatında da təmsil olunur. bu təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək perspektivləri müəyyən etmək olar. iran xəzəryanı dövlətlərdən azərbaycan və türkmənistan ilə quru sərhədə malikdir və hər iki dövlətlə nəqliyyat tranzit sahəsində əməkdaşlıq edir. bu əməkdaşlığın artması tərəflərə iqtisadi inkişaf bəxş edər”, - deyən iranlı nazir dəniz sərhədi olan dövlətlərlə də çox böyük iqtisadi əməkdaşlıq potensialının olduğunu bildirib.























