bakı, 18 fevral, arhd.media


baş nazir əli əsədov iran prezidenti məsud pezeşkianla görüşüb


azərbaycan respublikasının baş naziri əli əsədov fevralın 18-də tehran şəhərinə işgüzar səfəri çərçivəsində iran islam respublikasının prezidenti məsud pezeşkianla görüşüb.

nazirlər kabinetindən arhd.media-a bildirilib ki, ə.əsədov azərbaycan respublikasının prezidenti ilham əliyevin salamlarını iran islam respublikasının prezidenti məsud pezeşkiana çatdırıb.

görüşdə azərbaycan-iran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. azərbaycan ilə iran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

üçüncü xəzər iqtisadi forumunun əhəmiyyəti vurğulanaraq, azərbaycanın xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.

Baxış sayı: 6 373

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə