roma, 18 fevral, arhd.media
italiyanın sabiq baş naziri: tezliklə avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq
tezliklə biz ukrayna və avropada təhlükəsizliyi təmin etmək üçün böyük ölçüdə tək qalacağıq.
arhd.media xəbər verir ki, bu sözləri italiyanın sabiq baş naziri, avropa mərkəzi bankının keçmiş rəhbəri mario draqi avropa parlamentindəki çıxışında deyib.
“avropa ittifaqının proseslərə reaksiyası sürətli və genişmiqyaslı olmalıdır. avropa vahid bir dövlət kimi çıxış etməlidir. çünki zaman bizim tərəfimizdə deyil, avropa iqtisadiyyatı durğunlaşır, dünyanın böyük hissəsi isə böyüyür”, - deyə mario draqi bildirib.
o qeyd edib ki, ai ölkələri daxili maneələri aradan qaldırmalı, milli tənzimləmələri standartlaşdırmalı, uyğunlaşdırmalı və sadələşdirməli və daha çox kapitala əsaslanan bazara təkan verməlidirlər: “çətinliklər öz miqyasına uyğun olmalıdır. gələcək artımı təmin edəcək sektorlara diqqət yönəldilməlidir. qarşıdakı dövrdə sürət, miqyas və intensivlik daha vacib olacaq”.























