Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatini təbrik edib.


“ARHD.MEDiA” xəbər verir ki, təbrikdə bildirilir:


“Əlahəzrət,

Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşmışdır. Cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü və apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.


İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.


Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

Baxış sayı: 4 285

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə