Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğunu bildirib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın teleqram kanalları yayıb.


“İlk müqavilə (Ermənistandan Azərbaycana ixrac – red.) artıq baş tutub. Düşünürəm ki, şirkətlər özü bu barədə məlumatı açıqlayar”, - deyə Paşinyan qeyd edib. 


Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan yaxın günlərdə ölkəsindən Azərbaycana ilk ixrac barədə məlumat veriləcəyini açıqlamışdı.

Baxış sayı: 3 431

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə