“Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunu tutub, çünki münaqişə şəraitində suverenlik və müstəqilliyin təmin edilməsi mümkün deyil”.


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib. 


Paşinyan hazırda ölkəsinin İran və Gürcüstanla münasibətləri inkişaf etdirməyə, digər iki qonşu - Türkiyə və Azərbaycanla isə dövlətlərarası münasibətləri qurmağa çalışdığını qeyd edib:


“Bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından sonra daha əməli xarakter alıb”.  


Baş nazirin sözlərinə görə, Ermənistan balanslaşdırılmış siyasət yürütməyə çalışır: “Əgər hər hansı geosiyasi güc mərkəzinin cazibəsi ölkənin müstəqilliyini məhv edə biləcək dərəcədə güclənərsə, İrəvan balansın qorunması, suverenlik və müstəqilliyin təmin edilməsi üçün digər qütblə əlaqəni aktivləşdirir”.

Baxış sayı: 3 928

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə