bakı, 17 fevral, arhd.media


baş nazir əli əsədov iranın birinci vitse-prezidenti ilə görüşüb


azərbaycan respublikasının baş naziri əli əsədov fevralın 17-də tehran şəhərinə işgüzar səfəri çərçivəsində iran islam respublikasının birinci vitse-prezidenti məhəmməd reza areflə görüşüb.

arhd.media xəbər verir ki, görüşdə azərbaycan-iran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

avtomobil və dəmir yolları bağlantılarının yaradılması, iran ərazisindən keçməklə şərqi zəngəzur-naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, şimal-cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

eyni zamanda xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparılıb.

Baxış sayı: 4 329

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə