“Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək”.


“ARHD.MEDiA” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.


“Müttəfiqliyimiz iki qardaş xalqın çoxəsrlik ümumi tarixinə və mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bizim borcumuz bu zəngin irsi diqqətlə qorumaq və daha da zənginləşdirmək, qarşılıqlı mədəniyyət günlərini mütəmadi olaraq və lazımi səviyyədə keçirməkdir. Üstəlik, belə tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin regionlarında da təşkil edilməlidir.


Bu gün birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacaq və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start verəcəyik. Xalqlarımızın daha da yaxınlaşması məqsədilə İlham Heydaroviçlə dar tərkibdə müzakirə etdik və “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsini təklif edirik. Bu, xalqlarımızın, xüsusilə də gənclərin yaxınlaşması üçün çox yaxşı nümunə olacaq.


Bu, başlanğıc kimi qəbul edilməlidir. Xalqlarımızın tarixi və yaxınlaşması haqqında belə filmlərdən ibarət silsilə yaratmalıyıq. Bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı ali məktəblərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik.”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Baxış sayı: 2 281

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə