Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diplomatiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilmiş tarixi görüşünün nəticələrini qələbə adlandırıb.


“ARHD.MEDiA” “Report”a istinadən xəbər verir ki, Özbəkistan Prezidenti bunu Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.


“Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir və yeni böyük uğurlar arzulayıram”, – deyə Mirziyoyev bildirib.


Özbəkistan Prezidenti həmçinin qeyd edib ki, Prezident Əliyevin həyata keçirdiyi suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə xidmət edir.

Baxış sayı: 4 741

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə