Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən mütəxəssisləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri Almaniyaya işgüzar səfərə dəvət olunublar.


"ARHD.MEDiA" xəbər verir ki, səfər Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) dəstəyi ilə "Bavariya - Tərəfdaşlığa hazırdır" təşəbbüsü çərçivəsində təşkil olunub.


Səfərin 23-27 noyabr tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.


Nümayəndə heyətinin üzvləri dəmir yolu sektorunda qabaqcıl Almaniya texnologiyaları və innovativ həllərlə tanış olacaq, aparıcı müəssisə və obyektlərə baş çəkəcəklər.


Səfər proqramına B2B formatında işgüzar görüşlər daxildir. Bundan başqa, Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsinə yönəlmiş konkret həllərin müzakirə edilməsi və Bavariyanın tədarükçü şirkətləri və müvafiq sahələr üzrə mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələrin qurulması nəzərdə tutulur.

Baxış sayı: 2 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə