Fransanın İran əleyhinə ritorikası, o cümlədən İslam Respublikasından diplomatların çıxarılması Parisin vəziyyətini çətinləşdirir.


“ARHD.MEDiA”nın  xəbərinə görə, bu barədə İran Parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib.


O qeyd edib ki, İran xalqı "Fransanın xəyanəti"ni unutmayacaq.


Daha müddət əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan etmişdi ki, Fransa Tehranda Fransa diplomatik missiyasının iki əməkdaşının saxlanılmasına cavab olaraq yaxın gələcəkdə iki İran diplomatını ölkədən çıxarmaq niyyətindədir.


"İran xalqı Fransanın çirklənmiş qan (1980-ci illərdə Fransa şirkətlərinin hemofiliya xəstələri üçün İrana ixrac etdikləri və HİV və hepatit C-yə yoluxmuş qan preparatları ilə bağlı insident - red.), INSTEX (Avropa İttifaqı və İran arasında reallaşdırılmamış ticarət mexanizmi - red.) və "snapback" mexanizmi (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan) kimi məsələlərlə bağlı davamlı xəyanətlərini heç vaxt unutmayacaq", - deyə deputat özünün "Facebook" səhifəsində yazıb.


O əlavə edib ki, bu kursun və İran əleyhinə hərəkətlərin davam etdirilməsi Fransanın özünün vəziyyətini ancaq çətinləşdirəcək.

Baxış sayı: 3 269

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə