İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib.


“ARHD.MEDiA” xəbər verir ki, İran lideri çıxışında bu ölkələr arasında Azərbaycanın da adını vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə müəyyən mərhələdə bank və yolları İran üçün bağlasa da, danışıqlardan sonra bütün bunlar bərpa edilib:


“Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə istədik, kömək etdilər, dəstək oldular”, - deyə Pezeşkian qeyd edib.

Baxış sayı: 4 092

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə