"Hazırda İran ABŞ ilə birbaşa danışıqlar aparmır, ölkələr arasında əlaqə vasitəçilər vasitəsilə saxlanılır".


“ARHD.MEDiA”  "Press TV"yə istinadən xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Abbas Əraqçı çıxış edib.


"Hazırda ABŞ ilə danışıqlar aparmırıq, lakin vasitəçilər vasitəsilə mesaj mübadiləsi həyata keçirilir", - deyə Əraqçı qeyd edib.


İran XİN rəhbəri bildirib ki, bir sıra ölkələr Tehran və Vaşinqton arasında danışıqların bərpası istiqamətində fəaliyyətlərini davam etdirirlər.


"Bəzi ölkələr hələ də danışıqların bərpası üçün imkan yaratmağa çalışırlar", - deyə Əraqçı vurğulayıb.


Nazir əlavə edib ki, ABŞ daha əvvəl Pakistanda imzalanmış hərbi əməliyyatların dayandırılması haqqında memorandumun pozulmasına son qoymayınca və yol verilmiş pozuntular nəticəsində dəymiş ziyanı ödəməyincə danışıqlar bərpa oluna bilməz.

Baxış sayı: 3 920

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə