Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanacaq. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “TRT Haber” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. 


İmzalanma mərasiminin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacağı bildirilir. 


Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edib. Səfər çərçivəsində onun krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşəcəyi gözlənilir. 

Baxış sayı: 4 282

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə