Kolumbiyanın yeni seçilən Prezidenti Abelardo de la Espriella ölkəsinin 14 ölkədəki səfirliyinin bağlanacağını açıqlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, o bu barədə məlumatı “X” hesabında paylaşdığı videomüraciətdə açıqlayıb.


Sözügedən ölkələr arasında Azərbaycan da var. 


Onun sözlərinə görə, avqustun 7-də işə başlayacaq yeni prezident administrasiyası diplomatik şəbəkənin yenidən qurulmasının bir hissəsi olaraq Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərin fəaliyyətini dayandıracaq. 


Yeni prezident həmçinin Kolumbiyanın Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini vəd edib. 


Qeyd edək ki, 47 yaşlı Abelardo de la Espriella iyunda keçirilən seçkilərin ikinci turunda qalib gələrək Kolumbiya prezidenti seçilib.

Baxış sayı: 3 902

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə