Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.


“ARHD.MEDiA” xəbər verir ki, cari ilin noyabr ayında baş tutacaq təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.


Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.


Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.

Baxış sayı: 3 374

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə