Şərh - Azərbaycan Respublikası Hüquqi Dövlətdir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2025-ci il

Deputat: Azərbaycan-Macarıstan əlaqələri çoxşaxəli tərəfdaşlığa əsaslanır
Bakı, 21 may, ARHD.AZ

2014-cü ilin noyabrında Azərbaycan ilə Macarıstan arasında qurulan strateji tərəfdaşlıq münasibətləri ötən illər ərzində dost ölkələrimizin inkişafına təkan verib. Bu gün beynəlxalq münasibətlər sistemində xalqlarının milli maraqlarına əsaslanan müstəqil siyasət aparan hər iki ölkə üçün böyük önəm kəsb edən və tarixin sınaqlarından uğurla çıxmış bu əməkdaşlıq bütün sahələrdə genişləndirilir.

Azərbaycan-Macarıstan əlaqələrinin çoxşaxəli tərəfdaşlığa əsaslandığını deyən Mircəlil Qasımlı bildirib ki, ölkələrimiz arasında 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə əsasında ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyub. Ümumilikdə, müntəzəm həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər, təmaslar, aparılan müzakirələr, qəbul olunan qərarların uğurlu icrası iki ölkə arasında münasibətlərin dinamik inkişafında müstəsna rola malikdir. Bu baxımdan Azərbaycan Prezidentinin Macarıstana son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişafına təkan verəcək.

Səfər çərçivəsində aparılan müzakirələrdə bir çox sahələrdə əldə olunan uğurların qeyd olunduğunu söyləyən deputat bildirib ki, iki ölkə arasında enerji sektorunda uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Uzun illərdir Macarıstan şirkəti Azərbaycanda neft-qaz sektorunda fəal iştirak edir. Hazırda bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin mətbuata bəyanatında qeyd etdiyi kimi, Macarıstan şirkəti Azərbaycanın qurudakı neft yataqlarında fəaliyyətə başlayacaq. Eyni zamanda, ölkələrimiz yaşıl enerji sahəsində də fəal iş aparırlar.

İqtisadiyyatın ayrı-ayrı istiqamətlərində ölkələrimiz arasında əməkdaşlığın uğurla genişləndirildiyini deyən deputat qeyd edib ki, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda Azərbaycan şirkətləri də Macarıstanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları üçün təhsil təqaüdlərinin ayrılmasının mühüm addım olduğunu söyləyən M.Qasımlı bildirib ki, iki ölkə arasında elm-təhsil, mədəniyyət, media, idman və digər istiqamətlərdə uğurlu əməkdaşlıq dinamik şəkildə inkişaf etdirilir.

Deputat qeyd edib ki, hər iki ölkənin parlamentləri arasında da səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində mövcud fəal təmaslar, göstərilən qarşılıqlı dəstək əlaqələrin davamlı inkişafını təmin edir.

Azərbaycan və Macarıstan arasında beynəlxalq təsisatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində də yaxşı əlaqələrin olduğunu, ölkələrimizin bu təsisatın inkişafında mühüm rol oynadıqlarını vurğulayan deputat deyib: “Azərbaycanın təşəbbüsü ilə ötən il Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçirildi. Böyük coğrafi məkanı əhatə edən Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi istiqamətində həyata keçirilən işlərə önəmli təkan verəcək bu təşəbbüsə Macarıstanın qoşulması və ikinci qeyri-rəsmi Zirvə Görüşünün Budapeştdə təşkili böyük əhəmiyyətə malikdir”.

Deputat: Regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
Bakı, 20 may, ARHD.AZ

Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq müstəvidə yeni çağırışlar meydana gəlir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Belə bir vəziyyətdə müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi şəkildə möhkəmləndirir. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

S.Fətəliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərə dəvət olunması da Azərbaycanın və onun Liderinin böyük nüfuzunun göstəricisidir. Bu baxımdan Azərbaycan Prezidentinin Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına dəvət olunması bu reallığı təsdiqləyir. Bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. Azərbaycan Prezidentinin çoxşaxəli və mütərəqqi xarici siyasət kursu müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik strategiyası, təklif və təşəbbüsləri dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, bəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.

“Prezident İlham Əliyevin son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına, Mərkəzi Asiya ölkələrinin liderlərinin toplantılarına və digər beynəlxalq tədbirlərə dəvət olunması dövlətimizin başçısının yüksək nüfuzunun ifadəsidir. “Avropa Siyasi Birliyi”nin növbəti sammitində iştirak da bu baxımdan xüsusi vurğulanmalıdır. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidentinin və Avropa Komissiyasının rəhbərinin, eləcə də müxtəlif ölkələrin liderlərinin Prezident İlham Əliyevlə görüşləri Azərbaycanın və onun rəhbərinin beynəlxalq münasibətlər sistemində önəmli rolundan xəbər verir. “Avropa Siyasi Birliyi”nin növbəti sammitində yüksək səviyyədə iştirak dövlətimizin başçısının diplomatiyasının daha bir parlaq nailiyyətidir”, - deputat vurğulayıb.

Qlobal dəyişikliklər fonunda Azərbaycan Vyetnam əməkdaşlığının inkişafı
Bakı, 9 may, ARHD.AZ

Qlobal siyasi arxitekturanın yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansı ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri edir. Bu baxımdan, Azərbaycanın Avrasiya ölkələri, o cümlədən Vyetnam Sosialist Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır.

Bu fikirləri ARHD.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qurulub. Daha sonra Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən 1983-cü ildə Vyetnama səfəri bu münasibətlərin daha da möhkəmlənməsində əməli rol oynayıb.

“Ümumiyyətlə, Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulub. İki ölkənin tarixən oxşar inkişaf yolu keçməsi, müstəqillik uğrunda mübarizə aparmaq və inkişaf etməkdə olan ölkə kimi beynəlxalq müstəvidə mövqe qazanmağa yönəlik fəaliyyəti onları əməkdaşlıq etməyə daha da yaxınlaşdırıb. Məhz bu ortaq təcrübə əsasında formalaşan münasibətlər bu gün də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə davamlı olaraq inkişaf edir.

İkitərəfli münasibətlərin əsasını qarşılıqlı hörmət və bərabərlik prinsipləri təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnam Sosialist Respublikasına etdiyi rəsmi səfər əməkdaşlığın yeni mərhələyə keçidini təmin etdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı bir sıra sahələr üzrə mühüm razılaşmalar əldə olundu, xüsusilə Azərbaycan sahibkarları üçün investisiya qoyuluşu ilə bağlı əlverişli şəraitin yaradılması müzakirə olundu.

Bundan əlavə, Vyetnam rəsmi şəxslərinin Azərbaycana səfərləri də diplomatik münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verib. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, hökumətlərarası komissiyanın yaradılması və ekspertlər səviyyəsində aparılan müzakirələr iki ölkə arasında praktiki əməkdaşlığın hüquqi və institusional əsaslarını formalaşdırıb”, - deyə deputat bildirib.

Azərbaycanın və Vyetnamın müxtəlif beynəlxalq platformalarda da uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdıran Məzahir Əfəndiyev əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda iki ölkə bir-birinin təşəbbüslərini dəstəkləyir, ortaq mövqelər nümayiş etdirirlər. Xüsusilə, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması istiqamətində apardığı prinsipial siyasət Vyetnam tərəfindən yüksək qiymətləndirilib.

“İqtisadi əlaqələrin dərinləşməsi də uğurla həyata keçirilir. Həm Azərbaycan, həm də Vyetnam bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı addımlar atırlar. Azərbaycanın neft-qaz sektorundakı təcrübəsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, Vyetnamın isə sürətlə artan sənaye gücü və istehsal potensialı qarşılıqlı investisiya-texnologiya mübadiləsi üçün əlverişli zəmin yaradır.

Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfərinə gəlməsi yarım əsrdən artıq tarixə malik münasibətlərin yeni müstəvidə inkişaf edəcəyini deməyə əsas yaradır. Prezident İlham Əliyevin mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”.

Dövlətimizin başçısı müsahibə zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda, mədəniyyət, humanitar və təhsil sahələrində də müsbət dinamikasını vurğuladı.

Hər iki ölkənin zəngin mədəni irsi, qədim ənənələri və multikultural cəmiyyəti bu istiqamətdə əməkdaşlığın qurulmasında stimullaşdırıcı rol oynayır. Xüsusilə, Heydər Əliyev Fondunun əlaqələndirilməsi və təşkilatçılığı ilə təhsil sahəsində mühüm əhəmiyyət kəsb edən işlər görülüb”, - deyə M.Əfəndiyev vurğulayıb.

Azərbaycan-Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi adlandıran deputat əlavə edib: “Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektrolu xarici siyasət Azərbaycanın Asiya-Sakit okean regionu ilə, o cümlədən Vyetnamla əlaqələrinin daha da dərinləşəcəyini və yeni müstəvidə strateji tərəfdaşlığın yaranacağını ortaya qoyur”.

Deputat: Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədi
Bakı, 8 may, ARHD.AZ

Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsipinə əsaslanan ikitərəfli əlaqələrin qurulması və ardıcıl inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu gündən-günə artırır. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü və dərin elmi əsaslara söykənən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycanın beynəlxalq çəkisi daha da artıb, ölkəmiz aparıcı regional və qlobal aktor kimi özünü təsdiq edib. Dövlətimizin başçısının xarici telekanallara, informasiya agentliklərinə verdiyi müsahibələri, beynəlxalq tədbirlərdə nitq və çıxışları dövlətimizin xarici siyasət kursu ilə bağlı mühüm mesajlarla yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi diqqət çəkir.

Bu fikirləri ARHD.AZ-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirdiyini xatırladan deputat vurğulayıb: “Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksəksəviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. 2013-cü ildən indiyədək Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu, Milli Məclisdə isə Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, həmçinin Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilib. Bundan başqa, Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi fəaliyyətdədir. Bu qurumlar Azərbaycan ilə Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir”.

Azərbaycanla Vyetnam arasında əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini vurğulayan T.Cəfərova ötən müddətdə iki ölkənin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq etdiyini deyib. Bildirib ki, hər iki ölkə beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verib.

“Prezident İlham Əliyev sözügedən müsahibəsində diqqəti 2014-cü ildə Vyetnama dövlət səfərinə və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinə yönəldərək vurğulayıb ki, atılan bu addımlar, qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərin inkişafına təkan verib.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. Bu baxımdan da, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Tamam Cəfərova bildirib.

Azərbaycan-İran iqtisadi əlaqələri: beynəlxalq təşkilatlar və ikitərəfli formatda inkişaf
Bakı, 30 aprel, ARHD.AZ

Azərbaycan və İran arasında iqtisadi münasibətlər həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əməkdaşlığa əsaslanaraq inkişaf etməkdədir. Bu münasibətlərin konkret beynəlxalq təşkilatlar daxilindəki dinamikası isə təşkilatların formatına uyğun olaraq müxtəliflik göstərir. Bununla yanaşı, bütün bu əməkdaşlıqlarda ortaq və oxşar cəhətlər də mövcuddur.

Bu sözləri ARHD.AZ-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov söyləyib.

“Məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan və İran əsas üzvlər sırasındadır. Bu formatda iqtisadi inteqrasiya, ticarət əlaqələrinin gücləndirilməsi, eləcə də enerji və nəqliyyat layihələrinin birgə həyata keçirilməsi kimi məsələlər ön plana çıxır. Xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq daha da intensivləşmişdir.

İslam Əməkdaşlıq Təşkilatında isə iqtisadi məsələlərlə yanaşı, mədəni irs, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq mövcuddur. Bu təşkilatda da Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir”, - deyə o bildirib

İqtisadçı-ekspertin fikrincə, D8 ölkələri (Nigeriya, Misir, İndoneziya, Malayziya, Türkiyə, İran və Azərbaycan) arasında əməkdaşlıq daha geniş coğrafiyanı əhatə edir. Bu platformada ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı texnologiyaları və günümüzün aktual sahəsi olan rəqəmsal iqtisadiyyat kimi məsələlər ön plandadır.

Şanxay Əməkdaşlıq Təşkilatında isə Azərbaycan müşahidəçi statusunda çıxış edir, İran isə daimi üzvdür. Azərbaycanın çoxşaxəli iqtisadi siyasəti bu təşkilat çərçivəsində də nüfuzunun artmasına səbəb olur. Nəticədə, İranla bu istiqamətdə əməkdaşlıq da paralel olaraq genişlənir.

Eldəniz Əmirov qeyd edib ki, bütün bu təşkilatlar çərçivəsində Azərbaycan və İran arasında əməkdaşlığın əsas ortaq xüsusiyyəti, münasibətlərin təşkilatların özündən daha çox birbaşa dialoq və regionda baş verən proseslər əsasında formalaşmasıdır.

“Son dövrlərdə İran, Azərbaycanın iradə və əzmini nümayiş etdirərək tutduğu yolu dəstəkləməkdədir. Hesab edirəm ki, bu amil həm mövcud təşkilatlar daxilində, həm də iki ölkə arasında birbaşa münasibətlərin inkişafına töhfə verəcək,” – deyə iqtisadçı-ekspert əlavə edib.

Azərbaycan və Çin münasibətlərində yeni mərhələ başlayır
Bakı, 23 aprel, ARHD.AZ

Azərbaycan ilə Çin arasında əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütün Avrasiya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Çin arasında strateji yaxınlaşma bu gün demək olar ki, bütün əsas sahələri - siyasi dialoqdan nəqliyyat logistikasına, mədəni mübadilədən beynəlxalq təhlükəsizliyə qədər əhatə edir. Liderlər səviyyəsində etimad, iqtisadi göstəricilərin sabit artımı, qlobal arenada qarşılıqlı dəstək, suverenlik və hörmət prinsiplərinə qarşılıqlı sadiqlik bu tərəfdaşlığı Azərbaycanın xarici siyasətinin dinamik inkişaf edən istiqamətlərindən birinə çevirir.

Bu fikri ARHD.AZ-a açıqlamasında Milli Məclisin komitə sədri professor Hicran Hüseynova söyləyib.

Deputat qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Çin arasında əlaqələr daha da möhkəmlənir və hazırda strateji tərəfdaşlıq mərhələsinə çatıb. Bu prosesləri iki ölkənin liderləri arasında şəxsi təmaslar daha da gücləndirir. Prezident İlham Əliyev və Sədr Si Cinpinin keçirdikləri görüşlərin uğurlu nəticələri əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Prezident İlham Əliyevin bu il aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə də qeyd etdiyi kimi: “Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir”.

Şanxay Əməkdaşlıq Təşkilatının 2024-cü ilin iyulunda keçirilmiş sammiti çərçivəsində münasibətlərin keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə keçidini səmərəli şəkildə qeyd edən sənəd imzalandı. Bu, qarşılıqlı etimadın, sübut olunmuş birgə işin və iki dövlətin strateji maraqlarının üst-üstə düşməsinin təzahürüdür. Tarixə nəzər salsaq, ikitərəfli əməkdaşlığa ilk təkan 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri ilə verilib. Sonrakı illərdə tamhüquqlu əməkdaşlıq arxitekturası üçün təməllər qoyuldu. Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdəki səfərləri bu tendensiyanı daha da gücləndirdi və onların hər biri - əvvəlkindən daha geniş və əhatəli gündəliyə malik olmaqla - Azərbaycanın təkcə Çinlə tərəfdaşlıqda maraqlı olmadığını, həm də uzunmüddətli işləməyə hazır olduğunu nümayiş etdirdi. Burada qeyd etmək lazımdır ki, Azərbaycan dövləti başçısının Pekinə növbəti səfəri də bu xəttin simvolik davamıdır. Bu səfər qarşılıqlı hörmətin təsdiqi olmaqla yanaşı, həm də yeni təşəbbüslər - ticarət, turizm, təhsil, təhlükəsizlik sahələrində platforma olacaq. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, o, bütün sahələrdə əməkdaşlığı gücləndirməyi gözləyir və çinli tərəfdaşlar da eyni dialoqa hazırdırlar.

Bakı ilə Pekin arasında əməkdaşlığın iqtisadi ölçüsü artıq təsiredicidir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. Çin, həmçinin idxal üzrə lider mövqeyindədir və bu göstərici 17,69 faizə çatıb. Bu, təkcə statistika, yaxud iki ölkənin iqtisadi maraqlarının kağız üzərində deyil, real logistika, biznes layihələri və birgə investisiyalarda kəsişdiyinin sübutudur. Azərbaycan lap əvvəldən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib və bunu deklarativ şəkildə deyil, konkret tədbirlərlə həyata keçirib. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, transsərhəd nəqliyyat dəhlizi (“Orta Dəhliz”) Pekinin “Bir kəmər və yol” təşəbbüsü üçün yeni iqtisadi imkanlar yaradacaq, çünki o, bərpaolunan enerji və yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlığı genişləndirməyə çalışır. Orta Dəhliz - Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Avropaya, daha sonra Türkiyə və Aİ-yə gedən nəqliyyat marşrutunun əhəmiyyətini artırır. Müvafiq olaraq, Azərbaycan əsas tranzit qovşağına çevrilir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Prezident İlham Əliyev müsahibə zamanı bu məsələni xüsusi olaraq vurğuladı: “Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır”.

Azərbaycan və Çin bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində də birgə səy göstərir, təşəbbüslə çıxış edir. Bu gün hər birimiz dünyamızın gələcəyi ilə bağlı narahatlıq keçiririk. Bir tərəfdən sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda mübarizə gedir, digər tərəfdən isə hegemoniya, güc siyasəti, ikili standartlar, ölkələrə münasibətdə selektiv yanaşma müşahidə edirik. Ölkəmizin başçısı müsahibədə diqqəti bu məsələyə çəkərək bildirdi ki, “Ötən il Astanada biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik... Tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu. Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub... Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Turizm və humanitar sahə də diqqətdən kənarda qalmayıb. Çin vətəndaşları üçün vizasız rejim, Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyinin açılması, 2026-cı ilin Çində “Azərbaycan Turizm İli” elan edilməsi planlaşdırılıb – bütün bunlar tərəflərin şəxsiyyətlərarası əlaqələrin möhkəmləndirilməsində maraqlı olmasından xəbər verir. Axı əsl diplomatiya təkcə ofislərdə deyil, həm də mədəniyyətlər arasında, insanlar arasında qurulur. Mədəniyyət və təhsil iki ölkə arasında daha bir güclü körpüdür. Heydər Əliyev Fondunun səyləri sayəsində iki ölkə arasında humanitar əməkdaşlıq nəinki davam edir, hətta genişlənir - sərgilərdən tutmuş təhsil və səhiyyə sahələrində birgə təşəbbüslərə qədər. Bakı Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və artıq ŞƏT çərçivəsində statusunu yüksəltmək niyyətində olduğunu bəyan edib. Bu prosesdə Çinin dəstəyi əvəzsizdir və Azərbaycan bunu yüksək qiymətləndirir. Üstəlik, hər iki ölkə razılaşır ki, dünyada təhlükəsizlik və sabitlik mücərrədlik deyil, inkişaf etməkdə olan ölkələrin öz sözünü və məsuliyyət payını bildirməli olduğu konkret gündəmdir. Beləliklə, Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlər gələcək onilliklər üçün yaxşı düşünülmüş, sistemli və strateji strukturlaşdırılmış bir işdir. Bu, hörmətə, qarşılıqlı maraqlara və gələcəyə ümumi baxışa əsaslanan tərəfdaşlıqdır.

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir
Bakı, 23 aprel, ARHD.AZ

Bu gün Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.

Bu sözləri ARHD.AZ-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, müsahibədə dövlətimizin başçısı strateji tərəfdaşlığımızın önəmini xüsusi vurğulayıb. Ötən il Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmətin və etibarın təzahürüdür. Dövlətimizin başçısı müsahibədə vurğulayıb: “Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək. Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”.

Deputatın sözlərinə görə, Çin dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında da qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti müsahibəsində ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirməklə yanaşı, Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin önəmini vurğulayıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi xeyli artıb.

Sevinc Fətəliyeva qeyd edib ki, iki ölkə lideri arasında indiyədək reallaşdırılmış səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. Eləcə də, Azərbaycan daim “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub. Eyni zamanda, Çin Xalq Respublikası da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

“Bütün bunlar, o cümlədən Azərbaycanla Çinin beynəlxalq tərəfdaşlığı, iqtisadi əlaqələr, eləcə də beynəlxalq müstəvidə bu ölkənin oynadığı önəmli rol dövlətimizin başçısının müsahibəsində xüsusi vurğulanıb. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun kəsb edəcək”, - deyə deputat vurğulayıb.

Azərbaycan-Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır
Bakı, 18 aprel, ARHD.AZ

Azərbaycan-Gürcüstan münasibətlərinin hər zaman yüksək səviyyədə saxlanılması rəsmi Bakının düşünülmüş xarici siyasətinin məqsədlərindən biri olub. Bunun nəticəsidir ki, ölkələrimiz arasında əlaqələr bir çox sahələr üzrə inkişaf edir. Ənənə halını alan qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin gücünü, mahiyyətini və dönməzliyini göstərir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi önəm kəsb edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsindən sonra ilk səfərini Azərbaycana etmişdi. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayan əlaqələr Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edildi və Prezident İlham Əliyev bu əlaqələri daha da gücləndirdi.

Bu fikirləri ARHD.AZ-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri tarixin sınağından keçib: “Ən çətin dövrlərdə biz bir-birimizə dəstək vermişik. 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş beşgünlük müharibə dövründə Azərbaycan özünün Qərb qapılarını qonşu ölkənin üzünə açdı və ölkəmizə pənah gətirən müharibədən əziyyət çəkən insanlara sığınacaq verdik. 44 günlük Vətən müharibəsində də Gürcüstan Azərbaycanın yanında dayandı. Ermənistanı dəstəkləyən qüvvələr üçün hava məkanını bağladı. Ölkələrimiz arasında iqtisadi, humanitar, mədəni əlaqələr də güclü inkişaf edib. Yüz minlərlə soydaşımızın yaşadığı Gürcüstan tarixən azərbaycanlıların tez-tez səfər etdiyi doğma məkan olub. Avropaya açılan qapımız hesab edilən Gürcüstan bu gün də bizim üçün strateji əhəmiyyətə malik ölkə hesab olunur. Azərbaycanın bütün regional layihələri məhz Gürcüstan üzərindən keçir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub. 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 771.7 milyon, 2021-ci ildə 761.2 milyon, 2020-ci ildə isə 536.2 milyon dollar olub. Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 804.1 milyon dollar olub. Son 5 ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 50 faiz artıb. Gürcüstan vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan istehsalıdır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında alternativ kommunikasiya yaradır. Ölkələrimiz yaşıl enerji layihələri üzrə də fəal əməkdaşlıq edirlər. Orta Dəhliz layihəsində də birgə çalışan ölkələrimiz Avropa ilə Asiya arasındakı körpünü daha da möhkəmləndirir. İkitərəfli əlaqələrin inkişafında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. İşçi qruplarının səmərəli fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək münasibətlərimizin möhkəmlənməsinə töhfə verir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər”.

M.Vəliyeva qeyd edib ki, Gürcüstan hakimiyyətinin son zamanlar milli maraqları hər şeydən üstün tutaraq Avropa İttifaqı ilə münasibətlərə korrektələr etməsi regionumuzun xarici təsirlərdən qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Tbilisinin qətiyyətli mövqeyi Azərbaycan-Gürcüstan tandeminin gücünü daha da artırdı. Gürcüstanın da Azərbaycan kimi Avropa Parlament Assambleyasında, Avropa İttifaqında hədəf seçilməsi iki ölkənin xarici siyasətinin milli maraqlar üzərində qurulmasından xəbər verir. Ölkələrimiz Cənubi Qafqazda sülhün, inkişafın bərqərar edilməsi üçün çalışır. Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirildi. “Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədədir. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının nəticəsidir ki, Cənubi Qafqaz regionu strateji əhəmiyyətli bölgəyə çevrilib. Birgə əməkdaşlığımız gələcəkdə həm ölkələrimizin inkişafına müsbət təsir göstərəcək, həm də bölgəmizdə sülh və sabitliyin güclənməsinə səbəb olacaq”.

Fərid Şəfiyev: Sülh müqaviləsi üçün, ilk növbədə, Minsk qrupu rəsmi olaraq ləğv edilməlidir
Bakı, 16 aprel, ARHD.AZ

Paşinyanın çıxışında ümumən narrativ münaqişə yox, sülhlə bağlı olub. Bununla belə, burada bəzi qarışıq məqamlar var: Ermənistan Konstitusiyasında (preambula vasitəsilə Müstəqillik Bəyannaməsinə) “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi”nə istinad var. Oxşar presedentlə Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı beynəlxalq təcrübə mövcuddur.

ARHD.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistanın Baş naziri Nikol Paşinyanın normallaşma prosesi ilə bağlı səsləndirdiyi son fikirlərlə bağlı şərhində deyilir.

O, eyni zamanda, bildirib: “Məsələn, dəfələrlə qeyd olunduğu kimi, Böyük Britaniya ilə məsələni yoluna qoymaq məqsədilə 1998-ci ildə İrlandiya referendum keçirdi. Qeyd edək ki, İrlandiya nümunəsində referendum keçirmək öhdəliyi sülh sazişində aydın şəkildə öz əksini tapıb və ölkə sazişi imzaladıqdan sonra bir ay ərzində referendumu reallaşdırıb. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi layihəsində belə bir bənd yoxdur, çünki Ermənistan tərəfi belə bir maddənin mətnə salınmasına qarşı çıxıb. Əvəzində sadəcə daxili qanunvericiliklə bağlı qeydlər var və bu da problemi tam həll etmir”.

F.Şəfiyev, həmçinin diqqətə çatdırıb ki, Ermənistan tərəfindən Azərbaycan Konstitusiyasının gündəmə gətirilməsi faydasız cəhddir. Azərbaycan Konstitusiyasında və ya Müstəqillik Bəyannaməsi kimi hər hansı digər sənəddə Ermənistan ərazisinə heç bir iddia yoxdur. 1918-1920-ci illərin birinci respublikasına istinad da əsassızdır. Eyni qaydada, digər ölkələrin də müstəqillik sənədlərində belə hallar var, lakin bu, Ermənistan tərəfindən heç vaxt narazılıqla qarşılanmayıb.

BMTM-nin İdarə Heyətinin sədri qeyd edib ki, Ermənistan-Azərbaycan məsələsində müasir münaqişənin (1987-2023) səbəbi doğrudan da Qarabağdır. Bundan başqa, Ermənistan Konstitusiyasının/Bəyannaməsinin “Dağlıq Qarabağ”la bağlı bəndinin praktik tətbiqi var. Robert Köçəryan ikinci prezident seçiləndə (1998-ci il) Konstitusiya Məhkəməsi onun Azərbaycanın Qarabağ bölgəsində yaşamasını Ermənistan prezident seçkiləri üçün məqbul olaraq qəbul etmişdi. Çox sayda Ermənistanın başqa rəsmi sənədləri də var. Belə bir referendum bəzi ölkələrdə, o cümlədən bu təcrübəni yaşamış ölkələrdə olduğu kimi, Ermənistanda da qeyri-populyar ola bilər, amma müəyyən hallarda insanlar problemin həlli naminə müsbət səs veriblər.

“Minsk qrupuna gəlincə, Paşinyan və ətrafı onun rəsmi şəkildə ləğvi üçün ATƏT-də konsensus olmasının zəruriliyini qeyd etsə də, bu yaxınlarda, 2024-cü ilin dekabrında Maltada ATƏT Nazirlər Şurasının iclasında təkcə Ermənistan deyil, Fransa, sonra isə ABŞ-dakı Bayden administrasiyası Minsk qrupunun buraxılmasının əleyhinə çıxmışdı. Ona görə də tamamilə mümkündür ki, sabah bu qrupun ləğvi məsələsi yenidən gündəmə gəlsə, Ermənistanın müttəfiqləri konsensusun olmadığını əsas gətirərək, sadəcə olaraq, yenidən qərarın qarşısını alacaqlar. Bu, tipik siyasi oyundur. Buna görə də sülh müqaviləsi üçün, ilk növbədə, Minsk qrupu rəsmi olaraq ləğv edilməlidir.

Artıq verdiyim bəzi müsahibələrdə bildirmişdim ki, bütün bu addımlar gələcəyə hesablanaraq atılır. Ermənistan rəhbərliyi 10-20 il ərzində bu problemə geri dönmə ehtimalını az da olsa, saxlamaq məqsədilə bəzi mexanizm və strukturları qorumaq istəyir. Minsk Qrupu mövcud olduğu müddətcə, faktiki olaraq qeyri-funksional olsa belə, o, “davam edən münaqişə” ilə məşğul olan struktur kimi qəbul ediləcək. Eyni məsələni Ermənistan Konstitusiyasına da şamil etmək olar: orada ərazi iddiaları kimi təfsir edilə biləcək müddəalar qaldıqca, bu, gələcəkdə münaqişəni yenidən alovlandıra biləcək əlavə spekulyasiyalar üçün potensial səbəb olacaq”, - deyə F.Şərifov əlavə edib.