iran islam respublikasının ali rəhbəri ayətullah seyid əli xameneyi həzrətlərinə
möhtərəm ayətullah xameneyi həzrətləri,
iran islam respublikasının milli bayramı – islam inqilabının qələbəsi günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
azərbaycan respublikası ilə iran islam respublikası arasında münasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən güc alır. biz bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinə xüsusi önəm veririk.
hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır. hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik.
inanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan azərbaycan-iran münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş iran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
hörmətlə,
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 7 fevral 2025-ci il






















