bakı, 10 fevral, arhd.media
icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – fərman
icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib.
arhd.media xəbər verir ki, bununla bağlı prezident ilham əliyev fərman imzalayıb.
fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat məbləğində təsdiq edilib.
həmin xərclərin maliyyələşmə mənbələri icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 milyard 571 milyon 690 min manat, icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 milyon manatdır.
fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.





















