bakı, 25 sentyabr, arhd.media
prezident: azərbaycan zəfər müharibəsindən dərhal sonra ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi
2020-ci il noyabrın 10-u ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan prezidenti ilham əliyev bmt baş assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
“azərbaycan zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.






















