“liman şəhərinin 2042-ci ilədək inkişafına dair baş planı”nın təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” azərbaycan respublikasının 2012-ci il 29 iyun tarixli 392-ivq nömrəli qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 4.2-ci bəndinə əsasən, azərbaycan respublikası dövlət şəhərsalma və arxitektura komitəsinin təklifini nəzərə alaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“liman şəhərinin 2042-ci ilədək inkişafına dair baş planı” təsdiq edilsin (əlavə olunur).
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 9 ” “ sentyabr ” 2025-ci il
№ 250






















