a.r.əliyevin azərbaycan respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
anar rəhim oğlu əliyev azərbaycan respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 7 fevral 2025-ci il






















