azərbaycan respublikası prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli fərmanı ilə təsdiq edilmiş “icbari tibbi sığorta üzrə dövlət agentliyinin investisiya əməliyyatlarının aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycan respublikası prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2018, № 5, maddə 965 (cild i) ilə təsdiq edilmiş “icbari tibbi sığorta üzrə dövlət agentliyinin investisiya əməliyyatlarının aparılması qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.2-ci bənddə “3.3.1-ci və 3.3.2-ci yarımbəndləri” sözləri “3.3.2-ci yarımbəndi” sözləri ilə əvəz edilsin.
2. 5.3-cü bənddə “50” rəqəmləri “5” rəqəmi ilə əvəz edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 13 avqust 2025-ci il






















