“prokurorluq orqanlarında qulluq keçmə haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu

azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

maddə 1. “prokurorluq orqanlarında qulluq keçmə haqqında” azərbaycan respublikasının qanununda (azərbaycan respublikasının qanunvericilik toplusu, 2001, № 7, maddə 452 (cild i); 2024, № 12 (ii kitab), maddə 1337) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 18.7-ci maddənin ikinci cümləsində “attestasiyadan” sözü “müsahibədən” sözü ilə əvəz edilsin;

1.2. 29.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 29.2.10-cu maddə əlavə edilsin:

“29.2.10. prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda.”;

1.3. 32-ci maddə üzrə:

1.3.1. 32.2-ci maddədə “yaş həddi 60” sözləri “son yaş həddi 65” sözləri ilə əvəz edilsin;

1.3.2. 32.3-cü maddənin ikinci, üçüncü və dördüncü cümlələri çıxarılsın;

1.3.3. 32.4-cü maddədə “yaş” sözü “son yaş” sözləri ilə əvəz edilsin.

maddə 2. keçid müddəa

bu qanunun 1.3-cü maddəsi bu qanun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil edilir.

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 8 iyul 2025-ci il

Baxış sayı: 6 806

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə