azərbaycan respublikası prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli sərəncamı ilə təsdiq edilmiş “naxçıvan muxtar respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı”nda dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. azərbaycan respublikası prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli sərəncamı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2023, № 6, maddə 806 (cild i); 2025, № 4 (i kitab), maddə 379) ilə təsdiq edilmiş “naxçıvan muxtar respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı”nın “8. dövlət proqramının həyata keçirilməsinə dair tədbirlər planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “əsas icraçı orqan (qurum)” sütununa “(qurum)” sözündən sonra “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri əlavə edilsin;
1.2. 8.1.6-cı yarımbəndin “əsas icraçı orqan (qurum)” sütununa “dgk” akronimindən sonra “, rinn, aayda, ady” akronimləri əlavə edilsin;
1.3. 8.5.2-ci yarımbəndin “digər icraçılar” sütununa “dta” akronimindən sonra “, etn” akronimi əlavə edilsin;
1.4. 8.7.5-ci yarımbəndin “əsas icraçı orqan (qurum)” sütununa “nmr nk” akronimindən sonra “, aayda” akronimi əlavə edilsin;
1.5. “akronimlər və ixtisarlar” hissəsinə “adsea – azərbaycan dövlət su ehtiyatları agentliyi” sözlərindən əvvəl “aayda – azərbaycan avtomobil yolları dövlət agentliyi” sözləri əlavə edilsin.
2. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 29 iyul 2025-ci il






















