“gömrük tarifi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 102-viiqd nömrəli qanununun tətbiqi və “gömrük tarifi haqqında” azərbaycan respublikası qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 dekabr tarixli 265 nömrəli fərmanının icrası ilə əlaqədar azərbaycan respublikası nazirlər kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
 azərbaycan respublikası nazirlər kabinetinin qərari

azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “gömrük tarifi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 16 dekabr tarixli 102-viiqd nömrəli qanununun tətbiqi və “gömrük tarifi haqqında” azərbaycan respublikası qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 dekabr tarixli 265 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:

1. azərbaycan respublikası nazirlər kabinetinin 2007-ci il 25 sentyabr tarixli 141 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2007, № 9, maddə 917 (cild i); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş “dərman vasitələrinin humanitar məqsədlər üçün azərbaycan respublikasına idxalı qaydası”nın 13-cü hissəsinin 2-ci abzasında “beynəlxalq humanitar yardım üzrə respublika komissiyasının” sözləri “azərbaycan respublikası nazirlər kabinetinin” sözləri ilə əvəz edilsin.

2. azərbaycan respublikası nazirlər kabinetinin 2022-ci il 15 sentyabr tarixli 355 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 9, maddə 1089 (cild i) ilə təsdiq edilmiş “azərbaycan respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü qaydaları”nın 2.4-2.6-cı bəndlərində “komissiyanın” sözü “azərbaycan respublikası nazirlər kabinetinin” sözləri ilə əvəz edilsin.

 


əli əsədov

azərbaycan respublikasının baş naziri

bakı şəhəri, 25 iyul 2025-ci il

№ 222

Baxış sayı: 7 668

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə