“azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi ilə seneqal respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar nazirliyi arasında anlaşma memorandumu”nun təsdiq edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il iyunun 3-də bakı şəhərində imzalanmış “azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi ilə seneqal respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar nazirliyi arasında anlaşma memorandumu” təsdiq edilsin.
2. bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumu qüvvəyə mindikdən sonra azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. azərbaycan respublikasının xarici işlər nazirliyi anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə seneqal respublikası hökumətinə bildiriş göndərsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 23 iyul 2025-ci il






















