azərbaycan respublikası nazirlər kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “torpaqların texniki uçotunun aparılması qaydaları”nda dəyişiklik edilməsi haqqında
 azərbaycan respublikası nazirlər kabinetinin qərari

azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “xəzər dənizinin (gölünün) azərbaycan respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” azərbaycan respublikasının 2024-cü il 7 may tarixli 1143-viq nömrəli qanununun icrası ilə əlaqədar azərbaycan respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 10 dekabr tarixli 88-viiqd nömrəli qanununun icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:

azərbaycan respublikası nazirlər kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 1999, № 6, maddə 373 (cild i); 2024, № 2, maddə 208, № 9, maddə 1090) ilə təsdiq edilmiş “torpaqların texniki uçotunun aparılması qaydaları”nın 4-cü hissəsinin “a” bəndinin yeddinci – onuncu abzasları müvafiq olaraq səkkizinci – on birinci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“xəzər dənizinin (gölünün) azərbaycan respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;”.

 


əli əsədov

azərbaycan respublikasının baş naziri

bakı şəhəri, “ 2 ” “ iyul ” 2025-ci il

№ 191

Baxış sayı: 7 574

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə