şuşa şəhərinin 2026-cı il üçün “iqtisadi əməkdaşlıq təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
2023-cü il oktyabrın 5-də iran islam respublikasının ərdəbil şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında azərbaycanın mədəniyyət paytaxtı şuşa şəhəri 2026-cı il üçün “iqtisadi əməkdaşlıq təşkilatının turizm paytaxtı” elan edilmişdir. bu qərar azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. azərbaycan respublikasının nazirlər kabineti:
1.1. şuşa şəhərinin 2026-cı il üçün “iqtisadi əməkdaşlıq təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;
1.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 12 iyun 2025-ci il






















