prezidentin mətbuat xidmətinin məlumatı
iyunun 4-də azərbaycan respublikasının prezidenti ilham əliyev ilə iran islam respublikasının prezidenti məsud pezeşkian arasında telefon danışığı olub.
iran prezidenti dövlətimizin başçısını, qardaş və dost azərbaycan xalqını qarşıdan gələn müqəddəs qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.
prezident ilham əliyev də öz növbəsində iran prezidentini, qardaş və dost iran xalqını qarşıdan gələn müqəddəs qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.
məsud pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.
azərbaycan prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.
telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının məsud pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. səfərin nəticəsi olaraq bakı-təbriz aviareysinin bərpası və bakı-tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
azərbaycan-iran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.
telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.






















