israil dövlətinin baş naziri benyamin netanyahudan

azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə

hörmətli cənab prezident, əziz dost.

28 may - müstəqillik günü münasibətilə sizə, ailənizə və azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

israil və azərbaycan arasındakı münasibətlər dərin tarixi kökə malikdir və ortaq dəyərlərimiz, xalqlarımız arasında möhkəm dostluq münasibətləri ilə daha da möhkəmlənib. bu illər ərzində biz hökumətlərimiz və xalqlarımız arasında qarşılıqlı etimada, xoş niyyətə və həqiqi hörmətə əsaslanan tərəfdaşlığı inkişaf etdirmişik.

mən azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə həmas-ın ötən il oktyabrın 7-də hücumundan sonra israilə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. mən, həmçinin azərbaycanın israil və türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

sizin rəhbərliyiniz altında azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.

təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. bununla belə, mən səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya israildə, ya da azərbaycanda görüşümüzü sizə münasib vaxta təyin edəcəyik.

daha uzun illər üçün firavanlıq, dostluq və uğurlar arzuları ilə,

hörmətlə,

 

benyamin netanyahu

israil dövlətinin baş naziri

Baxış sayı: 7 657

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə