“azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında” azərbaycan respublikasının 2025-ci il 11 aprel tarixli 178-viiqd nömrəli qanununun tətbiqi və bununla əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
azərbaycan respublikası prezidentinin fərmanı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında” azərbaycan respublikasının 2025-ci il 11 aprel tarixli 178-viiqd nömrəli qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. müəyyən edilsin ki:

1.1. azərbaycan respublikası inzibati xətalar məcəlləsinin 293.12-ci, 294-3.2-ci, 294-3.3-cü, 295.6-cı, 403-1.1.1-ci, 403-1.1.2-ci və 403-1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının prezidenti həyata keçirir;

1.2. həmin məcəllənin 293.12-ci maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının nazirlər kabineti nəzərdə tutulur;

1.3. həmin məcəllənin 539.1-1-ci və 539.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə azərbaycan respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyi nəzərdə tutulur;

1.4. həmin məcəllənin 555.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, azərbaycan respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyi və azərbaycan respublikasının fövqəladə hallar nazirliyi nəzərdə tutulur;

1.5. həmin məcəllənin 295.6-cı maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının dövlət sərhəd xidməti nəzərdə tutulur;

1.6. həmin məcəllənin 403-1.1.1-ci, 403-1.1.2-ci və 403-1.2-ci maddələrində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.6.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən naxçıvan muxtar respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə azərbaycan respublikasının ədliyyə nazirliyi, naxçıvan muxtar respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə naxçıvan muxtar respublikasının ədliyyə nazirliyi;

1.6.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə dövlət vergi xidməti qismində azərbaycan respublikasının iqtisadiyyat nazirliyi, habelə naxçıvan muxtar respublikasının dövlət vergi xidməti;

1.6.3. dini qurumlara münasibətdə azərbaycan respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi və naxçıvan muxtar respublikasının dini qurumlarla iş üzrə dövlət agentliyi;

1.7. həmin məcəllənin 294-3.2-ci və 294-3.3-cü maddələrində “orqan (qurum)” dedikdə “azərbaycan hava yolları” qapalı səhmdar cəmiyyəti nəzərdə tutulur.

2. azərbaycan respublikasının nazirlər kabineti:

2.1. azərbaycan respublikası inzibati xətalar məcəlləsinin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb azərbaycan respublikasının prezidentinə təqdim etsin;

2.2. “azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında” azərbaycan respublikasının 2025-ci il 11 aprel tarixli 178-viiqd nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “azərbaycan respublikası inzibati xətalar məcəlləsinin təsdiq edilməsi haqqında” azərbaycan respublikasının 2015-ci il 29 dekabr tarixli 96-vq nömrəli qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2016, № 2 (ii kitab), maddə 259 (cild i); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (i kitab), maddə 1294, (ii kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127; azərbaycan respublikası prezidentinin 2025-ci il 19 mart tarixli 355 nömrəli, 1 aprel tarixli 358 nömrəli və 17 aprel tarixli 371 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə “275.2,” rəqəmlərindən sonra “293.12, 294-3.2, 294-3.3, 295.6,” rəqəmləri, “395.1-1,” rəqəmlərindən sonra “403-1.1.1, 403-1.1.2, 403-1.2,” rəqəmləri əlavə edilsin;

3.1.2. 4.3-1-ci bəndə “307.4-cü” sözlərindən əvvəl “293.12-ci,” sözləri əlavə edilsin;

3.1.3. 4.10-cu bənddə “, 295.6-cı və 295.7-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

3.1.4. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:

“4.10-1. həmin məcəllənin 295.6-cı maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının dövlət sərhəd xidməti nəzərdə tutulur;”;

3.1.5. 4.11-ci bənddə “88.1.4 və 293.6-cı maddələrində” sözləri “88.1.4-cü maddəsində” sözləri ilə əvəz edilsin;

3.1.6. 4.20-ci bəndə “539.2” rəqəmlərindən sonra “, 539.3” rəqəmləri əlavə edilsin;

3.1.7. aşağıdakı məzmunda 4.26-1-ci və 4.31-2-ci bəndlər əlavə edilsin:

“4.26-1. həmin məcəllənin 294-3.2 və 294-3.3-cü maddələrində “orqan (qurum)” dedikdə “azərbaycan hava yolları” qapalı səhmdar cəmiyyəti nəzərdə tutulur;”;

“4.31-2. həmin məcəllənin 403-1.1.1, 403-1.1.2 və 403-1.2-ci maddələrində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

4.31-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən naxçıvan muxtar respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə azərbaycan respublikasının ədliyyə nazirliyi, naxçıvan muxtar respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə naxçıvan muxtar respublikasının ədliyyə nazirliyi;

4.31-2.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə dövlət vergi xidməti qismində azərbaycan respublikasının iqtisadiyyat nazirliyi, habelə naxçıvan muxtar respublikasının dövlət vergi xidməti;

4.31-2.3. dini qurumlara münasibətdə azərbaycan respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi və naxçıvan muxtar respublikasının dini qurumlarla iş üzrə dövlət agentliyi;”;

3.1.8. 4.44-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.44. həmin məcəllənin 555.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, azərbaycan respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyi və azərbaycan respublikasının fövqəladə hallar nazirliyi nəzərdə tutulur;”;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.1-ci bəndə “327.1–327.7,” rəqəmlərindən sonra “327-1.1,” rəqəmləri əlavə edilsin;

3.2.2. 5.4-cü bənddə “469.2-ci” sözləri “469-1-ci” sözləri ilə əvəz edilsin;

3.2.3. 5.25-ci bənddə “279–282-ci” sözləri “279.1 və 280–282-ci” sözləri ilə əvəz edilsin;

3.2.4. 5.26-cı bənddən “293, 294, 295.1–295.5, 296–299, 319.6, 320.6,” rəqəmləri çıxarılsın;

3.2.5. aşağıdakı məzmunda 5.26-1-ci bənd əlavə edilsin:

“5.26-1. həmin məcəllənin 293, 294–294-5, 295.1–295.5, 295.8, 296–299, 319.6 və 320.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə dövlət mülki aviasiya agentliyi qismində azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirliyi baxır;”;

3.2.6. 5.27-ci bənddə “300–305” rəqəmləri “300.2, 300.3, 301, 303, 305” rəqəmləri ilə əvəz edilsin.

4. azərbaycan respublikası prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 2, maddə 200 (cild i); 2024, № 2, maddə 157, № 6 (i kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (i kitab), maddələr 1294, 1295, (ii kitab), maddə 1378; 2025, № 2, maddə 127; azərbaycan respublikası prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli fərmanı) ilə təsdiq edilmiş “inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci və 2.2-ci bəndlərə “327.1–327.7,” rəqəmlərindən sonra “327-1.1,” rəqəmləri əlavə edilsin;

4.2. 2.3-cü və 2.4-cü bəndlərə “327.1–327.5,” rəqəmlərindən sonra “327-1.1,” rəqəmləri əlavə edilsin.

5. azərbaycan respublikası prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 5, maddə 765 (cild i); 2024, № 4, maddə 381, № 6 (i kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (i kitab), maddə 1294, (ii kitab), maddə 1367; 2025, № 2, maddə 127; azərbaycan respublikası prezidentinin 2025-ci il 19 mart tarixli 356 nömrəli və 1 aprel tarixli 358 nömrəli fərmanları) ilə təsdiq edilmiş “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci hissəyə “351-1” rəqəmlərindən əvvəl “294-6,” rəqəmləri əlavə edilsin;

5.2. 15-ci hissəyə “221.1,” rəqəmlərindən sonra “221.1-1, 221.3-1,” rəqəmləri əlavə edilsin;

5.3. 24-1-ci hissədə “və 295.7-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

5.4. 25-ci hissəyə “327.8,” rəqəmlərindən sonra “327-1.2, 327-1.3,” rəqəmləri əlavə edilsin;

5.5. 26-cı hissəyə “məcəllənin” sözündən sonra “300.1, 302, 304,” rəqəmləri əlavə edilsin;

5.6. aşağıdakı məzmunda 36-1-ci hissə əlavə edilsin:

“36-1. məcəllənin 403-1 və 403-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

36-1.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən naxçıvan muxtar respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə azərbaycan respublikasının ədliyyə nazirliyi adından – bu siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

36-1.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə dövlət vergi xidməti qismində azərbaycan respublikasının iqtisadiyyat nazirliyi adından – bu siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

36-1.3. dini qurumlara münasibətdə azərbaycan respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsi adından – bu siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;

5.7. 42-1-ci hissə, 42-1.1-ci və 42-1.2-ci bəndlər müvafiq olaraq 42-2-ci hissə, 42-2.1-ci və 42-2.2-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 42-1-ci hissə əlavə edilsin:

“42-1. məcəllənin 428.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol azərbaycan respublikasının daxili işlər nazirliyi adından – bu siyahının 26-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;

5.8. 61-ci hissədə “maddəsində” sözü “və 534-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

6. “azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında” azərbaycan respublikasının 2023-cü il 6 iyul tarixli 938-viqd nömrəli qanununun tətbiqi və azərbaycan respublikası prezidentinin “azərbaycan respublikası inzibati xətalar məcəlləsinin təsdiq edilməsi haqqında” azərbaycan respublikasının 2015-ci il 29 dekabr tarixli 96-vq nömrəli qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2023-cü il 1 avqust tarixli 2272 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2023, № 8 (i kitab), maddə 1139 (cild i) 1.1-ci bəndi ləğv edilsin.

7. bu fərmanın 3.2.3-cü yarımbəndi 60 vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 vt-dan (25 vt daxil olmaqla) 60 vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

 


ilham əliyev

azərbaycan respublikasının prezidenti


bakı şəhəri, 30 may 2025-ci il

Baxış sayı: 3 522

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə