estoniya respublikasının prezidenti alar karisdən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
hörmətli cənab prezident.
icazə verin, ölkənizin milli bayramı - müstəqillik günü münasibətilə sizə və azərbaycan xalqına təbriklərimi çatdırım. zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.
bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. ümidvaram ki, estoniya-azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcəkdir.
zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, azərbaycan respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin.
səmimi hörmətlə,
alar karis
estoniya respublikasının prezidenti






















