irlandiyanın prezidenti maykl higginsdən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
zati-aliləri.
ölkənizin milli bayramı – müstəqillik günü münasibətilə sizə və azərbaycan xalqına irlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
qoy, gələcək illər azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!
hörmətlə,
maykl higgins
irlandiyanın prezidenti






















