qazaxıstan respublikasının birinci prezidenti nursultan nazarbayevdən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
hörmətli ilham heydər oğlu.
azərbaycan respublikasının müstəqillik günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram.
qətiyyətlə inanıram ki, qazaxıstan və azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir.
hörmətli ilham heydər oğlu, bu əlamətdar gündə sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm.
səmimi arzularla,
nursultan nazarbayev
qazaxıstan respublikasının birinci prezidenti























