t.t.məcidovun 1-ci dərəcəli “vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycan respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə tələt tahir oğlu məcidov 1-ci dərəcəli “vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 22 may 2025-ci il






















