“azərbaycan respublikasının səhiyyə nazirliyi haqqında əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“azərbaycan respublikasının səhiyyə nazirliyi haqqında əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2006, № 5, maddə 411 (cild i); 2024, № 3, maddə 262, № 5 (i kitab), maddə 529, № 6 (i kitab), maddə 647, № 12 (ii kitab), maddə 1369) 3-cü hissəsində “130” rəqəmləri “138” rəqəmləri ilə əvəz edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 22 may 2025-ci il






















