xocalı, 9 may, arhd.media


azərbaycan respublikasının prezidenti ilham əliyev mayın 9-da “azərişıq” açıq səhmdar cəmiyyətinin “xocalı” yarımstansiyasının və rəqəmsal idarəetmə mərkəzinin açılışında iştirak edib.

arhd.media xəbər verir ki, “azərişıq” asc-nin sədri vüqar əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

bildirildi ki, 3200 kva gücündə “xocalı” yarımstansiyası və rəqəmsal idarəetmə mərkəzi xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

yarımstansiyanın elektrik təchizatı üçün “xankəndi-1” və “əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. tikintisi aparılan 35 kv-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da ağdam-əsgəran-xocalı-xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.

rəqəmsal idarəetmə mərkəzi vasitəsilə isə şəbəkələrin cari vəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildə toplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir və real vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib.

bu mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. yarımstansiyadan qidalanan istehlakçılara elektrik enerjisi verilişində yaranan fasilələr barədə mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədən məlumat ötürülmə imkanı yaradılıb. bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyası prosesi rəqəmsal idarəetmə mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatında fasilələrin yaranma riski minimuma endirilib. mərkəz alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiyanın işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.

rəqəmsal idarəetmə mərkəzində 52 kvt gücündə günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.

Baxış sayı: 8 776

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə