“baytarlıq haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 22 aprel tarixli 185-viiqd nömrəli qanununun tətbiqi və bununla əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “baytarlıq haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 22 aprel tarixli 185-viiqd nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. müəyyən edilsin ki:
1.1. “baytarlıq haqqında” azərbaycan respublikası qanununun 26.2-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının prezidenti həyata keçirir;
1.2. həmin qanunun 26.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə azərbaycan respublikasının qida təhlükəsizliyi agentliyi nəzərdə tutulur;
1.3. həmin qanunun 26.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə azərbaycan respublikasının iqtisadiyyat nazirliyi nəzərdə tutulur.
2. azərbaycan respublikasının nazirlər kabineti “baytarlıq haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 22 aprel tarixli 185-viiqd nömrəli qanunundan irəli gələn məsələləri həll etsin.
3. “baytarlıq haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2005, № 11, maddə 1011 (cild i); 2024, № 3, maddə 262) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “24.1-ci,“ sözlərindən sonra “26.2-ci (hər iki halda),” sözləri əlavə edilsin;
3.2. 2.2-ci bənddən “26.2-ci (ikinci halda),” sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. həmin qanunun 26.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə azərbaycan respublikasının iqtisadiyyat nazirliyi nəzərdə tutulur;”;
3.4. 2.7-ci bənddən “26.2-ci (birinci halda),” sözləri çıxarılsın;
3.5. 2.7-1-ci bəndə “36.3-cü” sözlərindən əvvəl “26.2-ci maddəsində (birinci halda),” sözləri əlavə edilsin.
4. “azərbaycan respublikası prezidentinin “azərbaycan respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “heyvanlar aləmi haqqında” azərbaycan respublikası qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “ovçuluq haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “azərbaycan respublikasının qida təhlükəsizliyi agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “baytarlıq haqqında” azərbaycan respublikasının qanununda dəyişikliklər edilməsi barədə” azərbaycan respublikasının 2018-ci il 23 fevral tarixli 1010-vqd nömrəli qanununun tətbiqi və “baytarlıq haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2023-cü il 7 iyun tarixli 2173 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2023, № 6, maddə 778 (cild i) 6.1-ci bəndi ləğv edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 9 may 2025-ci il






















