mayın 8-də birləşmiş ərəb əmirliklərinin prezidenti şeyx məhəmməd bin zayed al nəhyan azərbaycan respublikasının prezidenti ilham əliyevə zəng edib.
telefon danışığı zamanı dövlətimizin başçısının birləşmiş ərəb əmirliklərinə səfəri zamanı əbu-dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub.
ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin genişləndiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.
dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.





















