“sosial xidmət haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 22 aprel tarixli 183-viiqd nömrəli qanununun tətbiqi və bununla əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “sosial xidmət haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 22 aprel tarixli 183-viiqd nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. müəyyən edilsin ki:

1.1. “sosial xidmət haqqında” azərbaycan respublikası qanununun 28.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının prezidenti həyata keçirir;

1.2. həmin qanunun 28.2-ci maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının nazirlər kabineti nəzərdə tutulur.

2. azərbaycan respublikasının nazirlər kabineti:

2.1. “sosial xidmət haqqında” azərbaycan respublikası qanununun 28.2-ci maddəsinə uyğun olaraq, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını iki ay müddətində təsdiq edib azərbaycan respublikasının prezidentinə məlumat versin;

2.2. “sosial xidmət haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 22 aprel tarixli 183-viiqd nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “sosial xidmət haqqında” azərbaycan respublikası qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2012, № 3, maddə 201 (cild i) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. müəyyən edilsin ki:

2.1. “sosial xidmət haqqında” azərbaycan respublikası qanununun 28.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının prezidenti həyata keçirir;

2.2. həmin qanunun 7.1.4-cü maddəsində birinci halda, 7.2-ci, 12.5-ci, 13.2-ci, 15.1.3-cü, 19.1-ci, 25.3-cü və 26-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının nazirlər kabineti həyata keçirir;

2.3. həmin qanunun 28.2-ci maddəsində “orqan (qurum)” dedikdə azərbaycan respublikasının nazirlər kabineti nəzərdə tutulur.”.

4. “sosial xidmət haqqında” azərbaycan respublikasının 2011-ci il 30 dekabr tarixli 275-ivq nömrəli qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” azərbaycan respublikası prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2012, № 11, maddə 1118 (cild i) 1.4-cü bəndində “28-ci” sözləri “28.1-ci” sözləri ilə əvəz edilsin.

 

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 5 may 2025-ci il

Baxış sayı: 4 603

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə