israil dövlətinin prezidenti zati-aliləri cənab isxak hersoqa

hörmətli cənab prezident,

israil dövlətinin milli bayramı – müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

azərbaycan ilə israil arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş azərbaycan-israil dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.

azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan israil ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. cari ilin yanvarında davosda sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram.

inanıram ki, azərbaycan ilə israil arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

belə bir bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost israil xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.

hörmətlə,

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 28 aprel 2025-ci il

Baxış sayı: 4 520

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə